İki tanınmış sima üz-üzə gəldi

6 İyun 2012 15:56 (UTC+04:00)

Erol Kösenin \" Twitter\" sosial şəbəkəsində \"Yetenek Sizsiniz Türkiye\" və \"Survivor\" layihələrindən hamının yaxşı tanıdığı Acun Ilıcalı haqqında yazdığı təhqiredici sözlərdən sonra Acun şikayət ərizəsi ilə məhkəməyə müraciət edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Erol Köse Acun Ilıcalını rüşvətxor, rəhbərini aldadan, namussuz, saxta ulduz adlandırıb. Bundan bərk hiddətlənən Acun onu mənkəməyə verəcəyini və axıra qədər bu işin dalınca gedəcəyini bildirib.

Qeyd edək ki, Erol Köse barəsində məhkəmə işi açılıb.