Azərbaycanın ikinci “Tarkan”ını kim əsəbləşdirdi?

6 İyun 2012 14:51 (UTC+04:00)

Azərbaycanın estradasının tanınmış müğənnisi və bəstəkarı Ramal İsrafilov özlərinə ad qoyan ifaçılardan danışıb. Hətta ona və həmkarı Elnur Məmmədova Azərbaycanın "Tarkan"ı adı verən insanlara ismarıc göndərib. SİA-ya açıqlama verən ifaçı həmçinin şou-biznesdə onu narahat edən məsələlərə də toxunub: "Bu zamanadək hər kəs məni Ramal İsrafilov kimi tanıyıb. Bundan sonra da məni bu adla tanıyacaqlar. Çünki öz adım yetərlidir. Niyə başqa millətlər özlərini azəri ulduzlarına bənzətmirlər? Azərbaycanın Ramalına və yaxud da Elnuruna bənzədilən xarici ifaçılar var? Saç düzümüm və ya geyimim normaldır. Hər bir gənc mənim geyindiyimi və saç düzümümü edə bilər. Yəni ki, məndə Tarkana bənzər heç bir xüsusiyyət yoxdur",-deyə müğənni bildirib.