ARDNŞ: “Sentyabrda \"Ümid” yatağından ilk hasilat həyata keçiriləcək”

6 İyun 2012 12:25 (UTC+04:00)
"Ümid" qaz yatağının işlənməsi prosesi Azərbaycanın qarşıdakı 30-50 il müddətində qaza olan daxili tələbatından asılı olacaq. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, hazırda yataqda qazılmış ilk quyudan hasilatın sentyabrda başlanması nəzərdə tutulub. Amma yatağın daha geniş istismarı ölkənin qaza olan daxili tələbatından asılı olacaq. ARDNŞ prezidenti deyib ki, hazırda "Ümid" yatağında 20% pay özəl şirkətə – "Nobel OİL"-a məxsusdur: "Biz bu yataqda qazma işlərinə "Nobel Oil" şirkətinin gücündən istifadə etməklə başlamışıq".