Cəbhədə vəziyyət gərgindir

6 İyun 2012 10:37 (UTC+04:00)

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Ermənistan silahlı qüvvələrəninin bölmələri iyunun 5-də saat 18.00-dan iyunun 6-ı səhər saat 08.00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərindən atəşkəs rejimini pozublar. Atışmalar intensiv xarakter daşımasına baxmayaraq Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.