Səkkiz yaşlı həmyerlimz Dünya Çempionatının qalibi olub

5 İyun 2012 23:33 (UTC+04:00)
Ukraynanın Xarkov şəhərində keçirilən Dünya çempionatında Azərbaycanı Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyası adından Yevlax rayonunda fəaliyyət göstərən " Rabitəçi " İdman Klubu 7 nəfərdən ibarət heyyətlə təmsil edib. Dünya çempionatında ümumilikdə 19 ölkədən 36 komanda öz qüvvələrini sınayıb. Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının Mətbuat Xidmətinin rəhbəri Anar Bürcəliyevin SİA-ya verdiyi xəbərə görə, komanda heyətinə bu yarışda gənclər arasında yığma komandanın baş məşqçisi, 5-dan qarakəmər ustası Xaləddin Şirinov rəhbərlik edib. Dünya Çempionatında 8-9 yaş arasında 20 kq çəki dərəcəsində, 2004-cü il mart ayının 23-də Bakı şəhərində anadan olmuş Arif Seymur oğlu İsmayılzadə tatami üzərində öz qüvvəsini sınayıb. Qeyd edək ki, Arif İsmayılzadə artıq iki ilə yaxındır ki, Kontakt karate idman növü ilə məşğul olur. O, bundan əvvəl Respublika birincisi olub və Dünya birliyində keçirilən idman yarışlarında iştirak etmək üçün vəsiqə qazanıb. Bununla da o, Ukraynanın Xarkov şəhərində keçirilən Dünya çempionatında Azərbaycanı Milli yığma komandanın tərkibində təmsil edib. Səkkiz ağır döyüş keçirərək tatami üzərində öz qüvvəsini sınaya bilən Arif İsmayılzadə 25 kq çəki dərəcəsində döyüşərək dünya ikincisi adına layiq görülüb.Azərbaycan bayrağının yüksəkliklərdə dalğalanması və himninin ifası onun körpə qəlbini hər an böyük qələbələrə səsləyir.


Qeyd edək ki, Dünya çempionatında Azərbaycan diasporasının nümayəndələri və Ukraynada yaşayan Azərbaycanlıların iştirak etməsi də yarışçıların böyük uğur qazanılmasında yardımçı olub.