Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı fərman imzalayıb

5 İyun 2012 19:50 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsi haqqında əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə fərman imzalayıb. SİA-nın məlumatına görə, fərmana əsasən, "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə" və "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu" edilib. Fərmanda Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq prezidentə təqdim etmək tapşırılıb. Bundan başqa Nazirlər Kabineti öz normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan prezidentinə məlumat verməlidir.