Dövlət başçısı XVI Karl Qustavı təbrik edib

5 İyun 2012 19:19 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, təbrikdə deyilir: "Əlahəzrət, ölkənizin milli bayramı – İsveç bayrağı günü münasibətilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan-İsveç dostluğu və əməkdaşlığı bundan sonra da öz inkişaf yolunu davam etdirərək xalqlarımızın rifahına töhfələr verəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveç xalqına sülh və firavanlıq arzulayıram.