Rus dili polislə toqquşmalara səbəb oldu - VİDEO

5 İyun 2012 17:35 (UTC+04:00)

Ukrayna Ali Radasında rus dilinin statusu ilə bağlı qanunun birinci oxunuşda qəbul edilməsi parlamentin qarşısında polislə kütləvi qarşıdurmaya səbəb olub. "UNİAN"-a istinadən verilən xəbərə görə, "Berkut" xüsusi təyinatlı dəstənin əməkdaşları parlamentin hasarını keçmək istəyən etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.


Məlumata görə, aksiya iştirakçıları hüquq-mühafizə orqanları əməkdaşlarına yumurta və digər əşyalar atıblar. "Ukrainskaya pravda" qəzeti isə bir neçə milis əməkdaşının xəsarət aldığını xəbər verir.


Bu arada Kiyev rəhbərliyindən "İnerfaks"a bildiriblər ki, təxribatlara baxmayaraq milis gözyaşardıcı qazdan istifadə etməyib. Bu gün həmçinin Ali Radanın yaxınlığında iki mitinqin keçirildiyi bildirilir: Rus dilinin tərəfdarlarının və əleyhdarlarının.


Tərfdarların aksiyasında "Dil olmasa, Avro da olmayacaq" şüarını səsləndirən etirazçılar bu həftə Ukrayna və Polşada başlayacaq Avropa çempionatı zamanı da etiraz aksiyalarını keçirəcəklərini bildiriblər.