Yüksək sürətlə hərəkət edən minik maşını aşıb

5 İyun 2012 17:30 (UTC+04:00)

Gecə saatlarında Ağdamdan Tərtər istiqamətinə doğru hərəkət edən minik maşını yoldan çıxaraq bir neçə dəfə aşıb. SİA-nın Qarabağ bürosunun veridiyi xəbərə görə, hadisə Tərtərin Qapanlı kəndi ərazisində baş verib. Qəza zamanı avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar ərazidə olan insanların köməyilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti ağır olduğundan xəstələrin biri reanimasiya şöbəsinə, digəri isə travmatologiya şöbəsinə yerləşdirilib. Məlumat üçün bildirək ki, hazırda yaralıların vəziyyəti ağıdır.

Qeyd edək ki, hadisə ilə bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma aparılır.



Şamxal Cəliloğlu