Azərbaycanlı müğənninin mahnıları qardaşları tərəfindən bəyənilmədi

5 İyun 2012 17:24 (UTC+04:00)

Azərbaycanın tanınmış estrada müğənnisi və bəstəkar Ramal İsrafiov \"Zaman\" adlı albomunun təqdimat mərasimini keçirib. SİA-nın xəbərinə görə, tədbirdə müğənni Ramal İsrafilov, qardaşları, eyni zamanda həmkarları Valeh İsrafilov və Vüsal İsrafilov, mətbuat katibi Ülviyyə Alovlu, meneceri Leyli Əmirova, media nümayəndələri və başqaları iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Ramal 3 il ərzində gördüyü işləri məhz "Zaman" albomunda bir araya topladığını söyləyib və ümid etdiyini bildirib ki, sözügedən albom ona uğur gətirəcək.

Qardaşlarından da söz açan müğənni onların evli olduqları üçün məsuliyyətsiz olduğunu söyləyib. Hətta illər öncə qardaşlarının onun mahnılarını bəyənmədiyini və daha sonra isə ondan mahnı istədiklərini dilə gətirib.

Qeyd edək ki, diskdə iki CD yer alıb. Birinci topluda Ramalın öz ifaları, digərində isə sənətçilərə yazmış olduğu bəstələri mp3 formatında cəmlənib.