17 yaşlı qadın futbolçular haqda videoçarx hazırlanıb

5 İyun 2012 16:10 (UTC+04:00)

Azərbaycanda qadın futbolunun təbliğini gücləndirmək üçün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvlərinin iştirakı ilə videoçarx hazırlanıb. Siasport.az saytının Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, AFFA-nın sifarişinə əsasən hazırlanan videoçarx artıq təqdim olunub.