Türkiyə Quru Qoşunlarının komandanı Azərbaycanda səfərdədir

5 İyun 2012 14:23 (UTC+04:00)

Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hayri Kıvrıkoğlunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. General H.Kıvrıkoğlunun səfəri Azərbaycanın müdafiə nazirinin dəvəti ilə gerçəkləşib.


İyunun 8-dək davam edəcək səfər çərçivəsində H.Kıvrıkoğlunun başçılıq etdiyi heyət Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək. Heyətin Müdafiə Nazirliyində Səfər Əbiyev, dövlət və hökumət rəsmiləri ilə görüşləri planlaşdırılır. Görüşlərdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.