XİN İranda itkin düşmüş şairlərin taleyindən narahatdır

5 İyun 2012 13:19 (UTC+04:00)

Ölkəmizin İrandakı səfirliyi və Təbrizdəki baş konsuluğu itkin düşmüş iki Azərbaycan vətəndaşının taleyi ilə bağlı İran Xarici İşlər Nazirliyi ilə müvafiq görüşləri davam etdirir.

SİA-nın verdiyi məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov açıqlamasında deyib.


"Bir sıra sənədlərə, o cümlədən Vyana Konvensiyasına əsaslanaraq ümid edirik ki, İran tərəfi təkcə vətəndaşlarımızın saxlanma səbəblərini açıqlamayacaq, həm də çox güman ki, hansısa istintaq təcridxanasında saxlanan vətəndaşlarımızla ünsiyyətə imkan yaradacaq", - deyə XİN başçısı bildirib.


E.Məmmədyarov qarşılıqlı notaların verilməsi, iki vətəndaşımızın İranda saxlanması kimi halların Azərbaycan-İran münasibətlərinə təsirini dəyərləndirib. XİN başçısı bildirib ki, iki ölkə arasında gərginliyini yaranmasının günahkarı Azərbaycan deyil: "Bunu dəyərləndirmək çətindir, münasibətlərin gərginləşməsində günahkar biz deyilik. İranla Azərbaycan arasında min illərlə mövcud olan dərin münasibətləri nəzərə alsaq, biz həmişə normal, dinc qonşuluq münasibətlərinə tərəfdar olmuşuq".