Klintonun Cənubi Qafqaza səfəri başladı

4 İyun 2012 16:03 (UTC+04:00)

ABŞ Dövlət katibi Hillari Klinton Cənubi Qafqaz regionuna səfərini Ermənistandan başlayıb. Hazırda Klintonun Yerevanda prezident Serj Sarkisyan və digər rəsmilərlə görüşü keçirilir.

Görüşlərdə Dağlıq Qarabağ problemini müzakirə edəcəyi gözlənir.

İyunun 5-də isə Dövlət katibi Batumidə ABŞ-Gürcüstan Strateji Əməkdaşlıq Komissiyasının sessiyasında iştirak edəcək. Sonra isə H. Klinton Bakıya səfər edərək, prezident İlham Əliyevlə görüşəcək.

Klinton Azərbaycandan sonra Türkiyəyə səfər edəcək.