“Bakı” sabah yay təlim-məşq toplanışına başlayacaq

4 İyun 2012 15:22 (UTC+04:00)

Avroliqada ölkəmizi təmsil edəcək "Bakı" Futbol Klubunun yay təlim-məşq toplanışı iyunun 5-də başlayacaq. Siasport.az saytının Peşəkar Futbol Liqasının rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, Bakıda toplanacaq komanda 1 həftə ərzində paytaxda məşqlər keçirəcək, daha sonra hazırlıqlar 16 iyun tarixinə qədər Qəbələdə davam edəcək.

Məlumat üçün bildirək ki, hazırlığın ikinci mərhələsi Sloveniyada 18-29 iyun tarixlərində baş tutacaq. Ölkə kubokunun qalibi bu dövr ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Hazırlığın üçüncü mərhələsi isə Avropa Liqasının püşkünün nəticəsinə görə təyin olunacaq.

Xatırladaq ki, "Bakı" klubuna ölkə kubokunu qazandıran Novruz Əzimov komandanın baş məşqçisi postuna təsdiq olunmuşdu.