Ekmələddin İhsanoğlu: \"Bakıya hər gəlişimdə böyük inkişafın şahidi oluram\" - MÜNASİBƏT

4 İyun 2012 15:19 (UTC+04:00)

Bakıya hər gəlişimdə böyük inkişafın, dəyişikliyin şahidi oluram, Azərbaycanın necə güclü bir dövlət olduğunu görürəm. SİA-nın verdiyi məlumata görə, bu sözləri Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu azərtac-a müsahibəsində deyib.

Azərbaycanın onun rəhbərlik etdiyi təşkilatın ən fəal üzvlərindən biri olduğunu vurğulayan İƏT-in baş katibi deyib: "İƏT-ə ən sonda qoşulan dövlətlərdən olmasına baxmayaraq, Azərbaycan təşkilat ilə fəal əməkdaşlıq edir".

E.İhsanoğlu qısa zaman ərzində Azərbaycan ilə İƏT arasında əməkdaşlığın genişləndirilməsindən məmnun olduğunu qeyd edib.