Elldən tam yeni mahnı - VİDEO

4 İyun 2012 11:15 (UTC+04:00)

"Eurovision-2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov yeni musiqi layihəsinə başlayıb. SİA-nın məlumatına görə, iki aydır, "I’m Free" adlı yeni sinql üzərində işləyir. Yeni sinqlla bağlı təəssüratlarını bölüşən Ell bu mahnının ona tamamilə yeni hisslər yaşatdığını etiraf edib: "Mənim üçün bu layihə, bu mahnı tamamilə yeni hissdir. Mən heç vaxt bu üslubda oxumamışam və buna görə də Progressive House musiqi stilinin pərəstişkarları, ifaçıları qarşısında böyük məsuliyyət hiss edirəm. Mən özümü başqa tərəfdən tanımaq istəyirəm. Bu, bir imtahan kimidir".


Qeyd edək ki, Eldar həm də yeni mahnısının sözlərinin müəllifidir.


Mahnının müəllifləri E. Qasımov, AzeriLife Music Entertainment prodüserlik mərkəzi – DJ və prodüser Aligee (Əli Abasbəyli) və Rasif Babayevdir.