Şagirdlərin nəticələri ləğv edilib

4 İyun 2012 09:38 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, ötən gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı şəhərində Azərbaycan və rus bölməsində, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında isə rus bölməsində təhsil alan ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirib. TQDK-dan SİA-ya verilən xəbərə görə, bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Hazırda komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur. Bəzi şagirdlər imtahan binasına hər iki sənədi və ya sənədlərindən biri olmadan yaxınlaşıb, qaydalara uyğun olaraq həmin şagirdlər imtahana buraxılmayıblar. İlkin məlumatlara əsasən, müxtəlif binalarda 13 şagirdin üzərində mobil telefon aşkarlanıb və onlar imtahandan xaric edilərək nəticələri ləğv edilib.