Bayıl yamacında abadlıq işləri aparılıb

2 İyun 2012 19:10 (UTC+04:00)

İyunun 2-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 400-dək əməkdaşı Bayıl yamacında iməcilik keçirmişdir.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, 5 İyun - Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar təşkil edilmiş iməcilikdə 10 hektar ərazidə abadlıq işləri aparılıb və ağaclara qulluq edilib.

Eyni zamanda, rayonlarda da iməciliklər təşkil olunmuş, ərazilər məişət tullantılarından təmizlənib.