“Neftçi” daha bir futbolçunu əsas komandaya cəlb edir

2 İyun 2012 16:16 (UTC+04:00)

\"Neftçi\"nin 16 yaşlı futbolçusu Fəhmin Muradbəyli əsas komandanın heyətinə cəlb olunacaq. Siasport.az saytının məlumatına görə, məşqçilər korpusunun qərarı ilə gənc futbolçu əsas komanda ilə birgə təlim-məşq toplanışlarında iştirak edəcək. Fəhmin Muradbəyli hazırda 17 yaşlı futbolçulardan ibarət yığma komandanın heyətində "Caspian Cup" turnirində uğurla çıxış edir. Yeniyetmə futbolçu meydana çıxdığı 2 oyunda fərqlənməyə müvəffəq olub. Futbolçu əsas komandaya cəlb olunması ilə bağlı fikirlərini klubun rəsmi saytına bildirib: \"Neftçi\"nin əsas komandasına cəlb olunmaq hər gənc futbolçunun arzusudur. Sevinirəm ki, məşqçilər heyəti bu şansı mənə verdi. Gənc futbolçu üçün bundan böyük xoşbəxtlik ola bilməz\".