Bakıda Azərbaycan-Türkiyə dostluğunu əks etdirən məscid tikiləcək

2 İyun 2012 13:23 (UTC+04:00)

"Bakıda Azərbaycan-Türkiyə dostluğunu əks etdirən məscidin tikilməsi planlaşdırılır". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib. Komitə sədrinin sözlərinə görə, iki qardaş xalq arasında dostluğun, birliyin rəmzi olacaq "qardaşlıq məscidi" ideyası Azərbaycan prezidenti İlham Əliyevə məxsusdur: "Bu ideya Türkiyə tərəfi ilə də müzakirə edilib, çox böyük minnətdarlıq hissi ilə qəbul olunub. Ölkə prezidentinin tapşırığı ilə məscidin tikilməsi üçün yer ayrılıb. Məscid Azərbaycanın hesabına tikiləcək, Azərbaycan prezidentinin Türkiyə xalqına hədiyyəsi olacaq. Hazırda məscidin texniki detallarının işlənilməsi prosesi gedir. Onlar bitib və hər iki tərəf arasında razılaşdırıldıqdan sonra qısa zaman ərzində məscidin tikilməsinə başlanılacaq".


Vüqar Əliyev