Udmurtiyada 26 may nənələr günü kimi qeyd ediləcək

2 İyun 2012 13:05 (UTC+04:00)

Udmurtiyada \"Buranovskiye babuşki\" qrupunun şərəfinə 26 may nənələr günü elan edilib. SİA-nın məlumatına görə, Udmurtiya Respublikasının rəhbəri Aleksandr Volkov bildirib ki, bu qərar nənələrin Bakıda mayın 26-da final konsertində uğurlu çıxışından sonra verilib.


Hazırda nənələr qastrola hazırlaşır. Nənələr yay ərzində Latviyada, Belarusda olacaq. Qrup iyunun 3-də Junior Eurovision 2012-nin Rusiya üzrə seçim turunda, iyunun 12-də isə Rusiya günündə çıxış edəcək.


Qeyd edək ki, \"Eurovision- 2012\"nin favoritlərindən olan \"Buranovskiye babuşki\" müsabiqənin final mərhələsində 26 təmsilçi arasında 2-ci yeri tutub.