Millimiz Ukraynada qələbə qazanıb

2 İyun 2012 09:27 (UTC+04:00)
Ukraynanın paytaxtı Kiyev şəhərində çimərlik futbolu üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir. Siasport.az saytının məlumatına görə, təlim-məşq toplanışı çərçivəsində Azərbaycan millisi Belarus yığması ilə qarşılaşıb.

Məlumat üçün bildirək ki, oyun 2:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Qarşılaşmada vurulan qolların müəllifləri isə, Vitali Borisov və Nahid Mehrəliyev olub.