Türkiyədə terror aktı: 5 yaralı

1 İyun 2012 20:50 (UTC+04:00)
Türkiyədə Bitlis-Diyarbakır magistral yolunda əvvəlcədən yerləşdirilən mina polis avtomobilinin hərəkəti zamanı partlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumatına görə, PKK terror təşkilatı tərəfindən torpağa basdırılmış minanın partlaması nəticəsində 5 polis yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar Bitlis dövlət xəstəxanasına aparılıb.