I Liqanın qalibi müəyyən olundu

1 İyun 2012 19:14 (UTC+04:00)

Azərbaycan Voleybol Federasiyasının İdman zalında baş tutan I Liqanın finalında 4 komanda mübarizə aparıb ("Nəqliyyatçı", "Qax", "Gəncə" və "Sərhədçi"). Voleybol Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, 3 gün davam edən mübarizədən sonra ən güclü məlum olub.

Belə ki, bütün görüşlərdə rəqiblərinə qalib gələn "Nəqliyyatçı" voleybol klubu I Liqanın qalibi adını qazanıb. II yerin sahibi isə finalda yalnız çempiona məğlub olan "Qax" komandası olub. III yer "Sərhədçi", IV yerin sahibi isə "Gəncə" komandaları olub. Beləliklə, voleybol üzrə qadınlar arasında keçirilən Azərbaycan Çempionatında I Liqanın 2011-2012-ci illər üçün qalibi təyin olunub.