Məşhur aktrisa ləl-cəvahirat kolleksiyası hazırlayır

1 İyun 2012 14:19 (UTC+04:00)

Dünyaca məşhur aktrisa Ancelina Coli kinodan sonra dizayn aləminə qatılmağa hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Colinin zərgər dostu Robert Prokop ona ləl-cəvahirat kolleksiyası hazırlamağı təklif edib və aktrisa da təklifi qəbul edib. O, bu günlərdə üzərində çalışdığı qızıl kolleksiyasının adını da açıqlayıb: \"Style of Jolie". (\"Colinin stili")

A.Colinin hazırladığı məhsullar iyulun 15-dən avqustun 15-nə kimi Monakoda iki böyük oteldə təşkil ediləcək hərracda satışa çıxarılacaq. Əldə olunan gəlir müharibə zamanı əziyyət çəkən uşaqların təhsil xərclərinə sərf olunacaq. Xeyriyyəçi kimi tanınan A.Coli \"Uşaqlara dəstək olacağım üçün xoşbəxtəm\",- deyib.