\"Step İn\" \"Eurovision- 2012\" üçün gördüyü işlərin yekununu açıqladı- FOTO

1 İyun 2012 11:55 (UTC+04:00)
Bu gün \"Step İn\" gənclərin təşəbbüs qrupu tərəfindən \"Eurovision- 2012\"yə dəstək naminə həyata keçirilən kampaniyaların yekunlaşması ilə bağlı mətbuat konfransı olub. SİA-nın məlumatına görə, konfransda qrup tərəfindən bu günə qədər həyata keçirilən kampaniyalar haqqında ətraflı məlumat verilib və yekun hesabat təqdim olunub.


Tədbirdə çıxış edən qrupun rəhbəri Şahin Seyidzadə "Step in" gənclər təşəbbüs qrupunun gənclər tərəfindən verilən ideyaları bir araya gətirmək məqsədilə yaradıldığını bildirib: \"Bu günə qədər qrup tərəfindən \"Step İn Live\", \"Step İn Book\", \"Step İn Anthem\" və digər kampaniyalar uğurla həyata keçirilib. Qrupun fəaliyyəti KİV və sosial şəbəkələrdə geniş işıqlandırılıb\".


Qeyd edək ki, \"Step In!\" \"Eurovision- 2012\" ətrafında gənclərin idealarının reallaşdırılması məqsədi ilə yaradılan gənclərin təşəbbüs qrupudur. Qrup fəaliyyətinə rəsmi olaraq cari ilin fevralın 15-də təşkil olunan konfransla başlayıb. \"Step In!\" ingilis dilindən tərcümədə "fəal ol", "cəlb ol", "bir parçası ol" mənasını verir. Qrupun şüarı – "Support our fire!" ("Alovumuza dəstək ol!") və "Eurovision 2012" – nin şuarı olan "Light Your Fire!" (Öz Məşəlini Alovlandır") ilə səsləşirdi.