Ermənistan ordusu atəşkəsi pozmaqda davam edir

1 İyun 2012 10:53 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 31-də saat 18.45-dən 19.15-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqeləri, saat 23.50-dən 00.05-dək və iyunun 1-də saat 01.45-dən 02.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqeləri, saat 10.00-dan 10.10-dək Fizuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 10.05-dən 10.50-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, iyunun 1-də saat 03.30-dan 03.40-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.