“28 May” stansiyası təmirə bağlanır

1 İyun 2012 02:39 (UTC+04:00)

Bakı metrosunun "28 May" stansiyasının əsas girişi bağlanır. Stansiya iyunda təmirə dayanacaq.


SİA-nın verdiyi məlumata görə, bunu milli.az-a açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva deyib. Bildirib ki, stansiyanın iyunda təmirə bağlanacağı və 3-4 ay müddətində təmir olunacağı dəqiqdir. Ancaq konkret hansı gün bağlanacağı dəqiq bilinmir.


Metropoliten rəsmisinin sözlərinə görə, təmir zamanı stansiyanın əsas girişinin eskalatorları təmir olunacaq, müasir avadanlıqlar quraşdırılacaq.


Bakı Metropoliteninin hərəkət xidmətinin baş mühəndisi Elbrus Muradov bildirib ki, stansiya iyunun 10-dan sentyabra kimi bağlı olacaq. Baş mühəndis bu haqda rəsmi məlumatın yayılacağını vurğuladı.