Serbiya millisi qələbəyə imza atdı

31 May 2012 14:51 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, bu gün " I Qəbələ Kuboku 2012" turinin oyunları keçirilir. Siasport.az saytının məlumatına görə, Qəbələdə 15 yaşadək futbolçuların iştirakı ilə keçirilən turnirdə bu gün daha 2 oyun baş tutub. Belə ki, günün maraqla qarşılanan görüşü "Vilyareyal"la "Qalatasaray" arasında keçirilib. Oyun (1:1) heç-heçə başa çatıb.

Məlumat üçün bildirək ki, (5:0) Türkiyə təmsilçisi ilə paralel keçirilən günün digər matçında Serbiya millisi 5:0 hesabı ilə Hollandiyanın "Feyenurd" komandasının darmadağın edib.

Qeyd edək ki, bu gün turnirin rəsmi açılış mərasimi keçiriləcək. Açılış mərasimində Azərbaycanın və dünyanın tanınmış futbol nümayəndələrinin iştirak edəcəyi gözlənilir.