“Qələbə” klubu heç də Danimarka futbolundan geri qalmır”

31 May 2012 12:22 (UTC+04:00)

Birinci \"Qəbələ kuboku" turnirinin ilk matcına Danimarkanın "Brondbü" klubunu darmadağın edən Qəbələnin 15 yaşadək futbolçularından ibarət komandasının baş məşqçisi Eldəniz Süleymanov SİA-ya açıqlama verib.

O, ilk oyunda Danimarka klubunun darmadağın etməyi barədə danışıb: "Biz sübut etdik ki, "Qəbələ" klubu heç də Danimarka futbolundan geridə qalmır. Hər kəsin gözü önündə "Brondbü" klubuna 6 qol vurduq. Qapımıza isə cəmi 2 qol buraxdıq".

Süleyamov eyni zamanda növbəti rəqibləri barədə də danışıb: "Növbəti rəqibimiz Türkiyənin "Qalatasaray" klubudur. Əvvəlcədən rəqibimizin oyunlarını izləmişdik. Onların oyun üslublarını bilirdik. Amma "Qəbələ" klubunun öz oyun sistemi var. Biz heç bir rəqibə fikir vermədən öz oyunumuzu oynadıq. Futbolçularımız həm texniki, həm fiziki, həm də pisixoloji cəhətdən hazlr idilər və onlar inamla oynayırdılar. Bu turnirdə maksimim nəticə göstərməyə çalışacağıq, ancaq yarışın əsas önəmi futbolçularımızın beynəlxalq təcrübə qazanmağıdır. Məqsədimiz A komandamıza lazımi futbolçu yetişdirməkdir".