Hökumət: Ermənistanın xarici borcu 4,2 milyard dolları ötəcək

31 May 2012 07:53 (UTC+04:00)

Rəsmi İrəvan gələn il 160 milyon dollar borc qaytarmalıdır


Ermənistanın xarici dövlət borcu 2012-ci ildə 3,9 milyard dollara çatacaq, gələn il ilə 4 milyard dolları ötəcək. Erməni saytı news.am-ın verdiyi məlumata görə, Ermənistan hökumətinin 2012-2015-ci illərdə borca nəzarət üzrdə strateji proqram layihəsində belə deyilir. Proqram layihəsi təsdiq üçün təqdim olunub.


Proqram layihəsində Ermənistanın xarici borcunun 2004-cü ildə də artmaqda davam edəcəyi və 4,2 milyard dolları ötəcəyi planlaşdırılır.


Ermənistan hökuməti üçün borcların qaytarılması ilə bağlı ən çətin il 2013-cü il olacaq. Rəsmi İrəvan gələn il 160 milyon dollar məbləğində xarici borcu geri qaytarmalıdır. Müqayisə üçün qeyd edək ki, bu il cəmi 65 milyon dollarlıq borcun qaytarılması nəzərdə tutulur.