Oktay Əsədov: \"Azərbaycana qısqanclıqla yanaşırlar”-MÖVQE

29 May 2012 13:11 (UTC+04:00)

"Bir neçə gün öncə Azərbaycan beynəlxalq müsabiqəyə ev sahibliyi etdi. Avropanın 42 ölkəsinin iştirak etdiyi tədbirdə bütün müşahidəçilər tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirdi".

SİA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin plenar iclasında MM spikeri Oqtay Əsədov deyib. O.Əsədov bildirib ki, bu möhtəşəm tədbir bəzi anti-Azərbaycan qüvvələrində narazılıq yaradıb: "Bəzi ölkələrin mətbuatında gedən fikirləri eşitdik. Bu Azərbaycana qarşı qısqanclıq idi".

Spiker həmçinin Avropa Parlamentinin mayın 24-də qəbul etdiyi qətnaməni də tənqid edib: "Təəssüflər olsun ki, mayın 24-də 750 deputatdan yalnız 56 deputatın iştirakı ilə Azərbaycana qarşı qətnamə qəbul edilib. Mən bu qətnaməni pisləyirəm".


O. Əsədovun sözlərinə görə, qətnaməyə Azərbaycanın müstəqil siyasətinə qısqanclıqla yanaşanlar, anti-Azərbaycan qüvvələri və erməni lobbisinin təsiri altına düşmüş bəzi qüvvələr imza atıb.