Milli Parkda 28 May – Respublika Günü təntənəli qeyd olunub

28 May 2012 23:14 (UTC+04:00)
Bu gün Dənizkənarı Milli Parkda 28 May – Respublika Günü münasibətilə rəngarəng bayram konserti keçirilib. SİA-nın məlumatına görə, konsert proqramı Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Konsert proqramının ilk açılışı \"Natiq\" ritm qrupunun füsunkar ifası ilə olub. Ardınca isə bir sıra incəsənət ustalarının- xalq artisti Baloğlan Əşrəfov, əməkdar artistlər Abbas Bağırov, Ədalət Şükürov, müğənnilər İzzət Bağırov, Ayaz Qasımov, Zamiq və başqalarının ifası gecəyə daha da rəng qatıb.


Saat qülləsinin yanında bir neçə saat davam edən konsertdə şəhərimizin on minlərlə sakini və "Eurovision-2012" mahnı müsabiqəsini izləmək üçün Odlar Yurdu Azərbaycanın paytaxtı Bakıya gələn qonaqlar respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla izləyiblər.


Milli Parka toplaşanlar Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını maraqla seyr ediblər.