Azərbaycan və Fransa alimləri birgə tədqiqat keçirəcək

28 May 2012 22:42 (UTC+04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri Fransanın Milli Tədqiqatlar Mərkəzinin arxeoloqları ilə birgə arxeoloji tədqiqatlar aparacaqlar. SİA-nın xəbərinə görə, arxeoloji tədqiqatlar iyulda Azərbaycanın Tovuz rayonunda baş tutacaq.
Tədqiqatların aparılmasının məqsədi rayonun Qoşa kəndi ərazisində qədim dağ mədən işlərinin izlərini öyrənməkdir.