BSU-nun rektoru beynəlxalq konfransda

28 May 2012 22:40 (UTC+04:00)

İyunun 14-15-də Parisdə Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda ( İNALKO ) "Türk dünyasında ədəbiyyat və siyasət" mövzusunda beynəlxlaq konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, bu konfransda Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla konfransda Azərbaycanı təmsil edəcək. K. Abdulla "Azərbaycanda Sovet hakimiyyəti dövründə ədəbiyyat" mövzusunda məruzə söyləyəcək.
Konfransda həmçinin Fransanın, ABŞ-ın, Türkiyənin, İtaliyanın, Yaponiyanın və Kiprin nüfuzlu universitetlərinin türkoloq alimlərin də türk dünyasında ədəbiyyat və siyasətlə bağlı müxtəlif mövzularda çıxışları dinləniləcək.