“Mirzə Ələkbər Sabir Şərq və Qərb satira ənənələrinin qovşağında”

28 May 2012 22:17 (UTC+04:00)

Mayın 30-da AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "Mirzə Ələkbər Sabir Şərq və Qərb satira ənənələrinin qovşağında" mövzusunda respublika elmi konfransı keçiriləcək. SİA-nın xəbərinə görə, konfransda AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev, AMEA Ədəbiyyat İnstitutunun direktor vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Teymur Kərimli, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, fil.e.d., prof. Alxan Bayramoğlu, fil.e.d. Sabir Əmirov, fil.e.d., prof. Qara Namazov və başqaları məruzələrlə çıxış edəcəklər.