Səbinə Babayeva builki yarışmada mətbuatın mükafatına layiq görülüb

28 May 2012 17:51 (UTC+04:00)
Azərbaycanı Eurovision Mahnı Müsabiqəsi 2012-də təmsil edən və 42 ölkə arasında dördüncülük qazanan Səbinə Babayeva builki yarışmada mətbuatın mükafatına (Press Award) layiq görülüb. SİA-nın \"eurovision.az\" saytına istinadla verdiyi məlumata görə, möhtəşəm şouda \"When the music dies\" mahnısını ifa edən Səbinə Babayeva media mənsublarının səverməsində birinci olaraq bu mükafata layiq görülüb.

Müsabiqədə \"Ən yaxşı müğənni\" (Artistic Award) mükafatı elə \"Eurovision 2012\"nin qalibi, İsveç təmsilçisi Lorinə (Loreen) təqdim edilib. 57-ci Eurovision Mahnı Müsabiqəsində \"Ən yaxşı bəstəkar\" mükafatı müsabiqədə qalib mahnı \"Euphoria\"nın bəstəkarı Tomas Gison və Peter Bostroma verilib.