Cəlilabad rayonunda dəhşətli qətl törədilib

28 May 2012 13:59 (UTC+04:00)
Azərbaycanın Cəlilabad rayonunda dəhşətli qətl törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə mayın 28-də Cəlilabad rayonunun Göytəpə şəhərində qeydə alınıb. Orada yaşayan Fazil İbrahimovun evinə gələn şəhər sakini Mirhəsən Həsənov, orada qonaq olan həmyerliləri Nazim Əsmətov və onun qardaşı Ceyhuna bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş N. Əsmətov orada ölüb, Ceyhunun vəziyyəti isə qənaətbəxşdir.

M. Həsənov könüllü olaraq polisə təslim olub və hadisə zamanı istifadə etdiyi bıçağı təhvil verib.