Qusarda 37 yaşlı kişini öldürən şəxs həbs edilib

28 May 2012 13:57 (UTC+04:00)
Azərbaycanın Qusar rayonunda 37 yaşlı kişini öldürən şəxs həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mayın 27-də Qusar rayonunun Kuzun kəndi ərazisində, kənd sakini, 37 yaşlı Teymur Rəşidovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gülbala Muradov tutulub və ondan 1 ədəd bıçaq götürülüb.