“Stress və inkişaf problemləri” mövzusunda Beynəlxalq konfrans keçiriləcək

28 May 2012 13:29 (UTC+04:00)
Oktyabrın 9-10-da Bakıda "Stress və inkişaf problemləri" mövzusunda Beynəlxalq konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, tədbir Azərbaycan Milli Elmlər Akademiyası akademik A.Qarayev adına Fiziologiya İnstitutunun təşkilatçılığı ilə baş tutacaq.
Tədbirdə Türkiyə və əsasən MDB-yə üzv ölkələrin nümayəndələri iştirak edəcəklər. Konfransda 4 bölmə üzrə - sinir sisteminin inkişafı, fiziki amillərin sinir sisteminə təsiri, stress və nevrozlar, uyğunlaşmanın neyrokimyəvi mexanizminə dair məruzələr dinləniləcək.
.