Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib

28 May 2012 13:06 (UTC+04:00)
Ötən gün Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mayın 27-də saat 12.20 radələrində Sumqayıt şəhəri ərazisində, Xaçmaz şəhər sakini Natiq Mütəllimov idarə etdiyi "Volkswagen Touareg" markalı avtomaşınla şəhər sakini Camiddin Yaralıyevi vurub və Camiddin Yaralıyev aldığı xəsarətdən hadisə yerində ölüb.