26 ölkənin populyar media nümayəndələri Bakıdadır

26 May 2012 23:49 (UTC+04:00)
26 məşhur televiziya və radio jurnalisti şou təəssüratlarını öz ölkələrinin tamaşaçıları ilə Bakıdan canlı bölüşəcək. Bu məqsədlə \"Bakı Kristal Zalı\"nda xüsusi şərhçi köşkləri yaradılıb. SİA-nın məlumatına görə, burada onlar üçün şounu həm canlı, həm də xüsusi quraşdırılmış monitorlar vasitəsilə izləmək fürsəti var. Hər biri peşəkarlığı və özünəməxsus yanaşma tərzi ilə seçilən bu mütəxəssislər şounun ən diqqətli tamaşaçılarıdır. Çünki möhtəşəm şou axşamında milyonlarla televiziya izləyicisi bir çox detalları məhz onların \"gözü\" ilə seyr edəcək.

Rusiyanın RTR kanalının jurnalisti Dmitriy Quberniyev öz danışıq üslubu və hadisələri çatdırmaq manerasına görə builki müsabiqənin ən parlaq şərhçilərindən hesab edilir. İdman şərhçisi artıq bir neçə Eurovision yarışmasında bu vəzifəni yerinə yetirib. \"Bu, məsuliyyətli işdir. Ona ciddi yanaşıram. Mən builki şərhçilər sırasında yeganə idman şərhçisiyəm\"deyən Dmitriy Quberniyev burada özünü Olimpiya yarışlarındakı kimi hiss etdiyini bildirib.