Teleaparıcı: “Kişilərin bişirdikləri yeməklər xanımların yeməklərindən dadlı olur”

26 May 2012 10:56 (UTC+04:00)

Azərbaycanın məşhur teleaparıcısı Kamran Həsənli yemək proqramlarının aparıcılarından danışıb. SİA-ya açıqlama verən teleaparıcı: "Kişi həmkarlarımın yemək kimi proqramlar aparmaqlarına pis baxmıram. Ancaq onu deyim ki, ən yaxşı aşpazlar kişilər olur. Ola bilsinlər ki, xanımlar mənimlə razı olmayacaq. Etiraf etmək lazımdır ki, kişilərin bişirdikləri yeməklər xanımların yeməklərindən dadlı olur. Onu da deyim ki, azərbaycanlılar kənardan elə görsənir ki, ancaq yeyib- içib, mahnı oxuyurlar", deyə bildirib.

Qeyd edək ki, Kamran Həsənli teleaparıcılıqdan əlavə ifaçılıqda edir.