“Barselona” İspaniya kubokunu qazandı

26 May 2012 10:04 (UTC+04:00)

İspaniya kubokunun final qarşılaşması ilə mövsümə yekun vurulub. Məlumata görə, son görüşdə "Barselona" və "Atletik" (Bilbao) qarşılaşıb.


Kataloniya təmsilçisi rəqibini elə birinci hissədə darmadağın edərək matçın taleyinə aydınlıq gətirib. Perdro "dubl"a imza atıb və bir dəfə Messi fərqlənib.


"Atletik" (Bilbao) - "Barselona" - 0:3

Qollar: Pedro, 3 (0:1), 25 (0:3), Messi, 20 (0:2)