Hillari Klintonun Azərbaycana ikinci səfəri gözlənilir

26 May 2012 09:17 (UTC+04:00)

ABŞ-ın dövlət katibi Hillari Klinton iyunun 6-da Azərbaycana səfər edəcək. Bunu Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland mətbuat üçün açıqlamada bildirib.


Səfər zamanı Hillari Klinton Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin, vətəndaş cəmiyyətinin liderləri ilə görüşlər keçirəcək.


Azərbaycana səfər etməkdən öncə Klinton iyunun 4-də Ermənistana, iyunun 5-də isə Gürcüstana səfər edəcək. Dövlət katibi bu ölkələrin Prezidentləri və vətəndaş cəmiyyətinin liderləri ilə görüşəcək.