Samuxda \"Mərakeş çəyirtkələri\"nə qarşı mübarizə tədbirləri gücləndirilib

25 May 2012 18:34 (UTC+04:00)

Son günlər Samux rayonunda \"Mərakeş çəyirtkələri\"nin aktiv şəkildə fəallaşması müşahidə olunur. SİA-nın bölgə müxbirinin məlumatına görə, rayonun Kürqırağı, Gürcüstan Respublikası ilə sərhəddə yerləşən bölgələrində çəyirtgələrin artımı xüsusi ilə qeydə alınıb. Yaranan vəziyyətlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzinin rəisi Samal Quliyev də əraziyə gəlib. Ağdam rayonunda olan mütəxəssislər bu gün Samuxa gəlib. Hazırda zərər vericilərin məhv edilməsi istiqamətində texnikalar ərazilərə cəlb edilib.

Rəsmi statistikayə görə, təkcə aprel ayından başlayaraq ölkə üzrə 150 min ha ərazidə profilaktik tədbirlər görülüb. Ümumilikdə isə 800 min ha sahədə qabaqlayıcı işlər həyata keçirilib.


Məlumat üçün bildirək ki, təkcə Samux rayonunda mütəxəssislərin iştirakı ilə 40 min ha ərazidə çəyirtkələrin məhv edilməsi yönümündə tədbirlər görülüb.