Barak Obama Azərbaycan Prezidentini təbrik edib

25 May 2012 14:55 (UTC+04:00)

ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. SİA-nın verdiyi məlumata görə, təbrikdə deyilir: \"Hörmətli cənab Prezident,

28 May – Respublika Gününü qeyd etdiyiniz bir vaxtda mən Amerika Birləşmiş Ştatlarının adından Sizə və Azərbaycan xalqında öz təbriklərimi çatdırıram.

1918-ci il mayın 28-də Azərbaycan fərəh və iftixar hissi ilə müstəqil dövlətini qurdu. Azərbaycan xalqı həmişə demokratiya arzuları ilə yaşamışdır və 70 ildən artıq müddətdən sonra 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi həmin arzuları bir daha canlandırdı.

Bu il biz, eyni zamanda, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında tərəfdaşlığın mühüm tarixini qeyd edirik, belə ki, 2012-ci ildə ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının iyirminci ildönümü tamam olur. Bu əhəmiyyətli hadisə münasibətilə mən hökumətlərimiz və xalqlarımız arasında vacib əlaqələri, eləcə də birgə əldə etdiyimiz mühüm nailiyyətləri qeyd etmək istərdim.

Bütün Azərbaycan xalqına dinc və firavan il diləyərək, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm\".