“Eurovision”nun II yarımfinalını neçə milyon tamaşaçı izləyib?

25 May 2012 12:16 (UTC+04:00)

Dünən "Baku Crystal Hall"da baş tutan "Eurovision-2012" mahnı müsabiqəsinin ikinci yarımfinalı da birinci kimi böyük maraqla qarşılanıb. SİA-nın məlumatına görə, tamaşaçı ilə dolu olan "Bakı Kristal Zalı"nda nümayiş olunan şou dünyanın 46 ölkəsində televiziya vasitəsi ilə canlı yayımlanıb.


Əldə etdiyimiz məlumata görə, ilin ən böyük musiqi hadisəsi olan "Eurovision"nu məhz televiziya vasitəsi ilə izləyən tamaşaçılarının sayı 300 milyon nəfərdən çox olub.