Rəsmi Tehran: \"Biz son vaxtlar meydana çıxmış problemlərin aradan qaldırılması üçün maksimum səy göstəririk\"

25 May 2012 09:09 (UTC+04:00)

" Biz son vaxtlar meydana çıxmış problemlərin aradan qaldırılması üçün maksimum səy göstəririk. Ümidvarıq ki, Azərbaycan hökuməti İran Səfirliyi qarşısında baş vermiş son yanlış və xoşagəlməz hərəkətə reaksiya verəcək, onu pisləyəcək və bir daha belə hadisələrin təkrar olunmasına yol verməyəcək". SİA-nın xəbərinə görə, bunu İranın xarci işlər naziri Əli Əkbər Salehi deyib. O, qeyd edib ki, hal-hazırda ikitərəfli əlaqələr sahəsində lazımi siyasi addımlar atılır: "Dini prinsiplərdən irəli gələn məsələlər çox həssas olduğundan hamı bu məsələlərdə diqqətli olmalıdır, yoxsa heç bir ölkə başqa bir ölkənin daxili işlərinə qarışmaq niyyətində deyildir".